вторник, 25 августа 2015 г.

Dünən Lənkəranda orta məktəb binası yanıb. 

Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, hadisə avqustun 24-də rayonun Viyən kəndində baş verib.
Orta məktəbinin inzibati binasında yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, xəsarət alan olmayıb.
Murad Əhməd
Dünən axşam saatlarında Daşkəsən rayon sakini 60 yaşlı Atlas Məmmədova Gəncə şəhər TTYX-nın travmatologiya şöbəsinə gətirilib. 

"Qafqazinfo" Kəpəz TV-yə istinadən xəbər verir ki, həkimlərin müayinəsindən sonra ona döş qəfəsinin sağ hissəsinin əzilməsi diaqnozu qoyulub. Ağır vəziyyətdə olan qadına həkimlər ilkin tibbi yardım göstərib və onun həyatı üçün təhlükə aradan qaldırılıb. Məlum olub ki, zərərçəkən Daşkəsən bazarında qatıq satışı ilə məşğul olub və onun döyülməsi də elə alver zamanı yaranan mübahisə əsnasında baş verib.
Daşkəsən rayon Polis Şöbəsində 60 yaşlı qadına bədən xəsarətləri yetirən şəxsin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. 
Bakıda 88 nömrəli marşrut üzrə hərəkət edən avtobus sürücüsünün özbaşınalığını əks etdirən yeni videomaterial yayılıb. 

Qafqazinfo” avtosfer.az-a istinadən xəbər verir ki, videonu jurnalist Əzizə İsmayılova özünün Facebook səhifəsində paylaşıb. Jurnalistin bildirdiyinə görə, dünən, təxminən saat 18:30 radələrində 88 saylı avtobusun sürücüsü mikrorayon istiqamətindən Azadlıq prospektinə keçərkən 2 halda kobud qəza şəraiti yaradıb: 
"Mikrorayon tərəfdən gələrkən yolun tam əks istiqamətinə çıxaraq "zapravka" yoluna keçib. Hansı ki, o yol Azadlıq-dan mikrorayona gedənlərindir. Sonra da videoda gördüyünüz mənzərə... Hələ bunlar azmış kimi, yol vermədiyimiz üçün bizə narazılıq edirdi.
Maraqlı olan isə budur ki, 4 metr yuxarıdakı "svetofor"un yanında xidmət aparan 4 YPX əməkdaşının heç biri bunu "görmədi" və "xəbərləri olmadı...""
Xarici İşlər Naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Nazirlikdən "Qafqazinfo"a daxil olan xəbərə görə, Baş Katib İyad bin Amin Mədəni birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə Azərbaycanı təbrik edərək, 2017-ci ildə keçiriləcəl İslam Həmrəylik Oyunlarının da eyni səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb.
Azərbaycanın İƏT-in üzvü kimi fəal rolunu yüksək qiymətləndirən baş katib ölkəmizin təşkilatın qarşısında duran iqtisadi, siyasi və humanitar hədəflərin həyata keçirilməsində verdiyi töhfələrinin təqdirəlayiq olduğunu qeyd edib.
Azərbaycanın İƏT ilə əlaqələrinə xüsusi önəm verdiyini vurğulayan nazir Elmar Məmmədyarov İƏT-in üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli mühit yaratdığını nəzərə çatdırdı. İslam ümməti daxilində həmrəyliyin vacibliyini qeyd edən nazir Elmar Məmmədyarov İƏT-in İslam dünyasının üzləşdiyi problemlərin müzakirəsi və həlli üçün vacib mexanizm olduğunu bildirib.
Elmar Məmmədyarov İƏT tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün qəti şəkildə pislənilməsi, münaqişənin beynəlxalq hüququn prinsipləri, xüsusilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin dəstəklənməsinə dair mövqeyinin yüksək qiymətləndirdilyini diqqətə çatdırıb.
O, xüsusilə Avropada olmaqla, İslamafobiya meyllərinin artmasına münasibətdə narahatlığı ifadə edərək, Azərbaycanın bütün səviyyələrdə bu məsələni qaldırdığını qeyd edib.
Görüşdə, həmçinin İƏT-in fəaliyyət mexanizmləri, prioritet istiqamətləri, qarşıdan gələn yüksək səviyyəli tədbirlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Siyasi şərhçi Elxan Şahinoğlu PKK terror təşkilatının Bakı-Tiflis-Ərzurum boru xəttini partlatmasına münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, o bu barədə fikirlərini sosial şəbəkədə bölüşüb: 

 “PKK Bakı-Tiflis-Ərzurum boru xəttini niyə ikinci dəfədir partladır? Türkiyəyə İran və Şimali İraqdan da neft və qaz ötürülür, terrorçular heç bu boru xətlərini hədəf götürmürlər. Niyə Bakı-Tiflis-Ərzurum? Tutaq ki, birinci dəfə bu təsadüf idi, terrorçular "əllərinə keçən" boru xəttini partlatdılar. İkinci dəfə partladırlarsa, bu artıq düşünülmüş aksiyadır və bu "kənar oyunçuların" digər rəqib "oyunçulara" mesajıdır. İstisna etmirəm ki, Bakı-Tiflis-Ərzurum boru xəttini partlatmaq "xahişini" PKK-dan xarici qüvvələr ediblər. Əvəzində PKK-ya ya pul, ya da silah vədi veriblər. Bu o qüvvələrdir ki, Azərbaycan və Mərkəzi Asiyanın zənginliklərinin Türkiyə üzərindən dünya bazarlarında daşınmasında, TANAP-ın həyata vəsiqə qazanmasında, beləcə Azərbaycanın maliyyə imkanlarının genişlənməsində, Türkiyənin isə regionda çəkisinin artmasında maraqlı deyillər. 3 belə maraqlı qüvvə var: Rusiya, Ermənistan və erməni lobbisi. İstisna etmirəm ki, PKK maliyyə və ya silah qarşılığında Bakı-Tiflis-Ərzurum boru xəttini partlatmaq əmrini və ya xahişini bu 3 qüvvədən birindən alıb”.
Sabah Bakıda və Abşeron yarımadasında avqustun 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. 


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək. 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq. 
Azərbaycanın rayonlarında avqustun 26-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoz Avqustun 26-28-də Abşeron yarımadasında komfort hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.